...

33 ailənin yaşadığı yataqxananın təmir olunması nəzərdə tutulub

Cəmiyyət Materials 5 May 2022 12:29 (UTC +04:00)
33 ailənin yaşadığı yataqxananın təmir olunması nəzərdə tutulub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə Xətai rayonu, Cavanşir küçəsi 4 ünvanında yerləşən yataqxananın qəzalı olması ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, bina qəzalı deyil.

P.İmanovun sözlərinə görə, bina uzun illərdir ki, istismardadır:

"Həmin binanın sakinlərinin çoxu məcburi köçkünlər idi. Onların çoxu köçürülüb. Hazırda yataqxanada 33 ailə yaşayır. Mütəxəssislər binaya baxış keçirib. Rəy veriblər ki, bina qəzalı deyil. Sadəcə binanın əsaslı təmirə ehtiyacı var. Binanın təmir olunması nəzərdə tutulub. Təmir başlayacağı zaman Xətai Rayon İcra Hakimiyyəti olaraq öhdəliyimizə nə düşəcəksə, edəcəyik", - deyə şöbə müdiri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti