...

“Formula 1” ilə əlaqədar Bakı metropoliteni gücləndirilmiş iş rejiminə dəyişiklik edib

Cəmiyyət Materials 10 İyun 2022 14:51 (UTC +04:00)
“Formula 1” ilə əlaqədar Bakı metropoliteni gücləndirilmiş iş rejiminə dəyişiklik edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə bir sıra dəyişikliklər edilib.

Bu barədə Trend-ə Bakı metropolitenindən bildiriblər.

Bununla əlaqədar yarışın keçiriləcəyi məkanlara yaxın olan stansiyalarda əlavə işçi personalı ayrılmaqla növbətçilik cədvəli tərtib olunub.

Qatarlar texniki cəhətdən mümkün optimal qrafik üzrə hərəkət etdiyindən, gur saatlarda cədvələ dəyişiklik edilməsi mümkün olmasa da, ehtiyat qatarların xəttə verilməsi nəzarətdə saxlanılır.

Yarışla əlaqədar günün müxtəlif vaxtlarında sərnişinlərin axın istiqamətlərinin dəyişməsi ehtimalı olduğundan ehtiyat qatarlar istənilən an xəttə çıxmağa hazır saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti