...

DİM ümumtəhsil müəssisələrinə müraciət edib

Cəmiyyət Materials 20 İyun 2022 19:34 (UTC +04:00)
DİM ümumtəhsil müəssisələrinə müraciət edib

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) ümumtəhsil müəssisələrinə müraciət edib.

DİM-dən Trend-ə daxil olan müraciətdə deyilir:

"14 iyun 2022-ci il tarixində ümumtəhsil müəssisələrində tədris ilinin başa çatması ilə əlaqədar Dövlət İmtahan Mərkəzi tərəfindən IX və XI sinif məzunlarının yekun attestasiyasının aparılması prosesinə başlanılmışdır.

Məlumdur ki, yekun attestasiyanın nəticələri Mərkəz tərəfindən “Şagird-məzun” sistemində elektron təhsil sənədinə yazılır, şagirdə və təhsil müəssisəsinə təqdim edilir. Elektron təhsil sənədi dövlət nümunəli sənədin verilməsi üçün əsasdır.

Yekun attestasiyanın aparılması üçün ümumtəhsil müəssisələri məzunlarının illik qiymətləri məktəb əlaqələndiriciləri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilməlidir. Ümumtəhsil müəssisələrindən xahiş olunur ki, illik qiymətləri yazılmayan və yaxud təsdiq edilməyən məzunların müvafiq məlumatlarının sistemə daxil edilərək təsdiq edilməsini qısa müddət ərzində təmin etsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti