...

MİQ üzrə imtahan mərhələsinə başlanılır

Cəmiyyət Materials 13 İyul 2022 12:08 (UTC +04:00)
MİQ üzrə imtahan mərhələsinə başlanılır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 14-dən 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start veriləcək.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, test imtahanı mərhələsinin keçiriləcəyi tarix və yer barədə məlumat namizədlərin şəxsi səhifələrinə artıq göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, namizədlər şəxsi səhifələrində göstərilən son qeydiyyat saatından sonra imtahan zalına buraxılmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti