...

İşğaldan azad edilmiş ərazilərdə işləyənlər üçün bu güzəştlər tətbiq ediləcək

Cəmiyyət Materials 9 Dekabr 2022 11:39 (UTC +04:00)
İşğaldan azad edilmiş ərazilərdə işləyənlər üçün bu güzəştlər tətbiq ediləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik üçüncü oxunuşda müzakirə edilib.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı məcəlləyə əlavə olunur.

Mütəxəssisə qoyulan tələblər aşağıdakılardır:

1. Peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajının olması;

2. Əmək müqaviləsinin bağlanılması.

İşğaldan azad olunmuş ərazilərdə işləyən mütəxəssislərə güzəştlər və imtiyazlar aşağıdakı şərtlərlə tətbiq edilir:

- İşə götürən işğaldan azad edilmiş ərazilərdə vergi uçotunda olmalıdır;

- İş yeri, faktiki ünvan işğaldan azad edilmiş ərazidə yerləşməlidir;

- Mütəxəssislər Azərbaycan Respublikasını işğaldan azad edilmiş ərazilərində məskunlaşmalıdırlar.

Bu şərtlər daxilində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əsas və əlavə məzuniyyət müddətindən asılı olmayaraq 5 təqvim günü əlavə məzuniyyət verilir.

- Ağır və zərərli işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərə tətbiq olunan əmsallar eynilə işğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssislərə də şamil olunacaqdır. Həmin mütəxəssislərə məcəllə ilə güzəşt və imtiyazlar müəyyən olunur. Təklif olunan yeni dəyişiklikdə mütəxəssislərin 2023-cü ildən 5 il müddətində əsas və əlavə məzuniyyət müddətindən asılı olmayaraq əlavə 5 gün ödənişli məzuniyyət hüququ əldə etməsi qeyd olunur. Məcəllənin 159-cu maddəsinə (xüsusi şəraitdə tətbiq edilən əmək haqqı) 2023-cü il yanvarın 1-dən 5 il müddətində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların tətbiq edilməsi əlavə olunur.

Dəyişikliklər müzakirələrdən sonra III oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti