...

Göyçayda həbs edilən vəzifəli şəxslərin məhkəmə istintaqı başa çatdı

Cəmiyyət Materials 24 Yanvar 2023 14:24 (UTC +04:00)
Göyçayda həbs edilən vəzifəli şəxslərin məhkəmə istintaqı başa çatdı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısının şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi, hazırda ev dustaqlığında olan Rəşad Şükürov və sabiq icra başçısının köməkçisi Vahid İsayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Trend-in məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçıları çıxış üçün vaxt istəyib.

Növbəti proseslər fevralın 6-na təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıblar.

Onların barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə), 312 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunsa da, həmin şəxslər sonradan ev dustaqlığına buraxılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti