...

Heyvanların identifikasiyası və qeydiyyatı sisteminin tətbiqinə başlanıb

Cəmiyyət Materials 23 İyun 2023 11:36 (UTC +04:00)
Heyvanların identifikasiyası və qeydiyyatı sisteminin tətbiqinə başlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Heyvanların identifikasiyası və qeydiyyatı sisteminin tətbiqinə başlanıb.

Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Qurban bayramı günlərində heyvan kəsimi və satışı fəaliyyətlərinə həsr olunmuş brifinqdə bildirib.

Q.Əbdüləliyev deyib ki, beynəlxalq məsləhətçilərin iştirakı ilə sistemin proqram təminatı hazırlanaraq sınaqdan keçirilib və ilkin mərhələdə 50 başdan artıq iribuynuzlu heyvan saxlanılan təsərrüfatlar və onlara aid heyvanların, habelə atların identikləşdirilməsinə başlanıb. Ötən 9 ay ərzində 100 min başdan artıq heyvanın identikləşdirilməsi aparılıb. Ölkəyə idxal edilən iribuynuzlu heyvanlar barədə məlumatlar da sistemə daxil edilir ki, bu da heyvanların son təyinat nöqtəsinə qədər izlənməsinə imkan verir.

Eyni zamanda Q.Əbdüləliyev qeyd edib ki, müxtəlif xəstəliklər üzrə simulyasiya təlimlərinin assosiativ formada və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə keçirilməsi və təlimlərdə səyyar BSL-2 tipli laboratoriyalardan istifadə təcrübəsi sınaqdan keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti