...

Proseslər Azərbaycanın müəyyən etdiyi sülh gündəliyinə uyğun həyata keçir - Deputat

Siyasət Materials 8 May 2024 12:02 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün regionda baş verən proseslər Azərbaycanın müəyyən etdiyi sülh gündəliyinə uyğun həyata keçir. Azərbaycanın 44 günıük Vətən müharibəsindən sonra regionda yaratdığı yeni reallıqlar artıq bütün dünya tərəfindən qəbul edilir. Bir sıra ölkələr regionda proseslərə müdaxilə etməyə cəhd etsələr də, Azərbaycanın qətiyyətli və prinsipal mövqeyi nəticəsində bu cəhdlərin qarşısı alındı və regionda sülhün bərqərar olması istiqamətində mühüm irəliləyişlərə nail olunub.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın aprelin 19-da keçirilən görüşdən sonra əldə olunan nəticələr və mayın 6-dək 40 sərhəd dirəyinin quraşdırılması regionda sülhün bərqərar olması istiqamətində atılan mühüm addımdır.

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Qazaxıstanın Almatı şəhərində keçiriləcək görüşünün də iki ölkə arasında sülh quruculuğuna töhfə verəcəyini düşünürəm. Ermənistanın baş naziri Nikol Paşinyanın da Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin noyabr ayına qədər imzalana bilməsi ilə bağlı verdiyi açıqlama da Ermənistanın sülhdən başqa yolunun olmadığını qəbul etdiyini göstərir”, - deyə deputat əlavə edib.

Deputat bildirib ki, Azərbaycan hər zaman regionda sülhün və sabitliyin bərqərar olmasının tərəfdarı olub və bu istiqamətdə öz üzərinə düşən öhdəliklərini yerinə yetirib.

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə nail olur. İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da yeni zirvələr fəth edəcək”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti