...

MİNEPS konfransı yüksək səviyyədə təşkil olunub - UNESCO (FOTO)

Cəmiyyət Materials 30 İyun 2023 01:17 (UTC +04:00)
MİNEPS konfransı yüksək səviyyədə təşkil olunub - UNESCO (FOTO)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda bədən tərbiyəsi və idman üzrə nazirlərin və yüksək vəzifəli şəxslərin VII Beynəlxalq Konfransı (MİNEPS VII) başa çatıb.

Trend-in məlumatına görə, UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos konfransın bağlanışında çıxış edərkən deyib ki, MINEPS konfransı idmanın həyatı dəyişdirə biləcəyinə dair vahid mesajın hazırlanmasına yardımçı olub: "Bu isə sosial, iqtisadi, siyasi gündəliyin bir hissəsinə çevrilməlidir".

Onun sözlərinə görə, konfransın təşkili ən yüksək səviyyədə keçirilib və konfrans zamanı heyrətamiz nəticələr əldə edilib.

Konfransın yekunu olaraq YUNESKO-nun "Fit for Life" (Həyat üçün uyğun) idman proqramı çərçivəsində Bakı yekun sənədi də qəbul edilib.

İyunun 26-29-da Bakıda 120-dən çox ölkədən 50-dən çox nazir və rəsmi şəxsin, eləcə də 540-dan çox nümayəndənin iştirak etdiyi bədən tərbiyəsi və idman üzrə nazirlərin və yüksək vəzifəli şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti