...

Azərbaycanda tələbələrin yataqxana problemi - Vəziyyət nə yerdədir?

Cəmiyyət Materials 22 Avqust 2023 17:57 (UTC +04:00)
Azərbaycanda tələbələrin yataqxana problemi - Vəziyyət nə yerdədir?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni dərs ilinin başlanmasına bir aydan da az vaxt qalıb. Ancaq tələbələrin əsas problemlərindən biri olan yataqxana problemi hər il olduğu kimi bu ildə də qalır. İndi yataqxanalarda yer tapmaq tələbələr üçün əlçatmaz olub. Demək olar ki, bütün ali məktəblərin tələbələri bu böyük problemdən əziyyət çəkir.

Məsələ ilə bağlı Trend bir neçə universitetdən yataqxanaların vəziyyəti ilə maraqlanıb. Lakin görünən odur ki, vəziyyət dəyişməyib.

Bakı Dövlət Universitetindən (BDU) bildiridilər ki, fəaliyyət göstərən Tələbə Evi 220 nəfərlikdir. Hər bir şəraiti var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları var. Düz universitetin yanındadır. Yataqxanadan universitetə qədər məsafə 1-2 dəqiqədir. Yataqxananın qiyməti 1 nəfər üçün 75 manatdır. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir. Yeni yataqxananın inşası istiqamətində də işlər davam edir. Yeni yataqxana təxminən 2 500-3 000 tələbənin qalmasına imkan verəcək.

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova vurğulayıb ki, AzTU-nun tələbə şəhərciyi 1965-70-ci illərdə inşa olunmuş 5 mərtəbəli, daş konstruksiyalı 6 binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 546 yerlik 2 ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir. Bu binalarda qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Hazırda binalarda 100-dən çox ailə yaşayır.

Yataqxana kompleksi tamamilə aşınıb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yarasız hala düşüb.

Qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək.

Azərbaycan İqtisad Universitetinin (UNEC) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova qeyd edib ki, universitetin 5 yataqxanası var. Lakin hamısında qaçqın və məcburi köçkün ailələri məskunlaşıb.

Memarlıq və İnşaat Universitetindən bildirilib ki, təhsil müəssisəsinin 5 yataqxanasının cəmi birində tələbələr yerləşə bilir: “Yataqxana 250 nəfərlikdir və tələbələr üçün bütün lazımi şərait yaradılb. Qiymətdə heç bir dəyişiklik yoxdur və 40 manat təşkil edir”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti