...

31 ildir ki, atamızın yolun gözləyirik - İtkin düşmüş şəxsin qızı

Cəmiyyət Materials 30 Avqust 2023 14:20 (UTC +04:00)
31 ildir ki, atamızın yolun gözləyirik - İtkin düşmüş şəxsin qızı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

1-ci Qarabağ müharibəsində itkin düşmüş yaxınlarımızın taleyinə aydınlıq gətirilməsini gözləyirik. 31 ildir ki, hər birimizin gözü yoldadır.

Bunu Trend-ə 1-ci Qarabağ müharibəsində itkin düşmüş Əhməd Məmmədovun qızı Sevinc Hacıyeva deyib.

O qeyd edib ki, atası Əhməd Məmmədov 1992-ci ildə Şuşanın işğalı zaman itkin düşüb.

“Biz itkin övladları olaraq müraciət edirik, bizə atalarımızdan bir xəbər deyilsin. Məlumatsız qalmaq çox çətindir. 31 ildir ki, atamızın yolun gözləyirik.

Beynəlxalq Qızıl Xaç Komitəsi bizə heç bir məlumat verməyib. Bizdən sadəcə DNT analizləri götürülüb. Lakin onlar Ermənistandan bizim yaxınlarımızın yerini ala bilmir. Ermənistan tərəfi kütləvi məzarlıqların yerini bildirməlidir”, - deyə itkin düşmüş şəxsin qızı əlavə edib.

Qeyd edək ki, 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günüdür. Bununla əlaqədar ikin ailələri Şəhidlər Xiyabanını ziyarət edib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırlanaraq, 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günündə aidiyyəti beynəlxalq təşkilatlara ünvanlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti