...

BQXK itkinlərimizin tapılmasında birtərəfli olmamalıdır - İtkin düşmüş şəxsin həyat yoldaşı

Cəmiyyət Materials 30 Avqust 2023 14:44 (UTC +04:00)
BQXK itkinlərimizin tapılmasında birtərəfli olmamalıdır - İtkin düşmüş şəxsin həyat yoldaşı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Həyat yoldaşım Səxavət Canıyev 1-ci Qarabağ müharibəsi zamanı 1994-cü ilin yanvar ayının 26-da itkin düşüb.

Bunu Trend-ə itkin düşmüş şəxsin həyat yoldaşı Reyhan Canıyeva deyib.

O bildirib ki, həmin gündən həyat yoldaşı haqqında heç bir məlumat ala bilməyib.

“Bu gün biz itkin ailələri bura toplaşıb aidiyyatı beynəlxalq qurumlara, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinə, BMT-ə və Ermənistan rəhbərliyinə müraciət edirik ki, bizim itkinlərimizin taleyinə aydınlıq gətirsinlər. Ermənilərin Azərbaycan xalqına olan nifrətləri səbəbindən bizim itkinlərimizə qarşı törətdikləri vəhşiliklərə hüquqi qiymət verilməlidir. Beynəlxaq Qızıl Xaç Komitəsi itkinlərimizin tapılmasında ədalətli olmalıdır. Onlar birtərəfli olmamalıdır", - deyə R.Canıyeva əlavə edib.

Qeyd edək ki, 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günüdür. Bununla əlaqədar ikin ailələri Şəhidlər Xiyabanını ziyarət edib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırlanaraq, 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günündə aidiyyəti beynəlxalq təşkilatlara ünvanlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti