...

Antiterror tədbirləri zaman şəhid olanların ailə üzvlərinə ödənişlərin verilməsinə başlanılıb

Cəmiyyət Materials 20 Noyabr 2023 11:54 (UTC +04:00)
Antiterror tədbirləri zaman şəhid olanların ailə üzvlərinə ödənişlərin verilməsinə başlanılıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

19-20 sentyabrda Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların və DİN əməkdaşlarının ailə üzvlərinə ödənişlərin verilməsinə başlanılıb.

Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov “Sosial tərəfdaş” adlanan yeni layihənin təqdimatı zaman deyib.

O qeyd edib ki, həmin şəxslərə ödənişlərin edilməsi üçün sənədlər fondun əməkdaşları tərəfindən toplanılıb və operativ şəkildə ödənişlər təyin edilir.

“Həm şəhid olan hərbi qulluqçuların, həm də DİN əməkdaşlarının ailə üzvlərinə təqaüd ödənişləri tam şəkildə həyata keçirilir. Dövlət icbari şəxsi sığorta ödənişləri isə şəhid ailəsi üzvlərinə demək olar ki, 70-80 faizinə təyin olunub.

Çünki bir sıra ailələrdə müvafiq sənədlərin hazırlanması və vərəsəlik işləri müəyyən qədər vaxt alır. Bu sənədlər də fonda təqdim olunduqca digər şəxslərə də icbari şəxsi sığorta ödənişləri təyin olunacaq. pensiya təyinatları üçün isə məlumat vərəqələri aidiyyatı dövlət orqanları tərəfindən göndərilməlidir. Bir qism hərbi qulluqçular barədə məlumat vərəqələri artıq göndərilib, digər qismi ilə bağlı isə hazırlanmaqdadır. Onlar da təqdim olunduqdan sonra ödənişlərin təyinatı həyata keçiriləcək”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti