...

Sabirabadda ətraf mühiti çirkləndirən sahibkarlar məsuliyyətə cəlb olundu

Cəmiyyət Materials 22 Noyabr 2023 16:30 (UTC +04:00)
Sabirabadda ətraf mühiti çirkləndirən sahibkarlar məsuliyyətə cəlb olundu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabirabad Rayon Polis Şöbəsinin və Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri birgə tədbir zamanı rayon ərazisində yerləşən iki avtomobil təmiri məntəqəsinin ətrafında təmir zamanı yaranan tullantıların qalaqlanması faktı aşkar edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə bildirilib ki, aşkar edilmiş faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən sahibkarlar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və həmin şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti