...

Zabuxda orta məktəb fəaliyyətə başladı (FOTO)

Cəmiyyət Materials 13 Dekabr 2023 11:30 (UTC +04:00)
Zabuxda orta məktəb fəaliyyətə başladı (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Laçın rayonu Zabux kəndində tam orta məktəb fəaliyyətə başlayıb.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sosial şəbəkə hesabında qeyd edilib.

"Təhsil Qarabağa qayıdır", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, Laçın rayonu Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 22 sentyabr 2022-ci il tarixli sərəncamı imzalanmış və Zabux kəndində 176 şagird yerlik ümumtəhsil məktəb binasında bərpa – gücləndirmə və əsaslı təmir işlərinə başlanılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti