...

Neçə məcburi köçkün məktəbi işğaldan azad edilmiş ərazilərə köçürülüb? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 25 Dekabr 2023 14:47 (UTC +04:00)
Neçə məcburi köçkün məktəbi işğaldan azad edilmiş ərazilərə köçürülüb? - RƏSMİ AÇIQLAMA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, işğaldan azad edilmiş ərazilərdə məktəblər və məktəbəqədər uşaq-tərbiyə müəssisələrinin qurulması, bölgədə məskunlaşacaq əhalinin təhsil xidmətləri ilə təmin edilməsi planlaşdırılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflər hazırlanması, eləcə də, əhalinin geri qayıdışına əsaslanaraq, mərhələli şəkildə ümumi (bölgələrin xüsusiyyətlərini nəzərə alaraq müxtəlif təmayüllü məktəblər, liseylər və gimnaziyalar, internat tipli xüsusi ümumtəhsil məktəbləri, inteqrasiya təlimli internat tipli məktəblər) və məktəbəqədər təhsil müəssisələrinin tikintisi və bərpası istiqamətində səmərəli işlər həyata keçirilir.

"İndiyə qədər Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi, Tərtər rayonu Talış kənd tam orta məktəbi, Şuşa şəhər 1 nömrəli tam orta məktəb, Ağdərə rayonu Suqovuşan qəsəbə tam orta məktəbi, Laçın şəhəri 2 nömrəli tam orta məktəb, Laçın rayon Zabux kənd tam orta məktəbi işğaldan azad edilmiş ərazilərə köçürülüb", - deyə qurumdan qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti