...

Bakıda mebel sexindəki partlayışda ölənlərin sayı ARTIB

Cəmiyyət Materials 20 Yanvar 2024 16:16 (UTC +04:00)
Bakıda mebel sexindəki partlayışda ölənlərin sayı ARTIB
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 9 nəfərin ölümü, 24 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

"Təəssüflə bildiririk ki, bu gün saat 14 radələrində yaralılardan 1 nəfər - Rüstəmov Adil Aydın oğlu (1996) göstərilən tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada ölmüş, bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10 çatmışdır. Hazırda zəruri tibbi yardımlar göstərilməklə yaralanan digər şəxslərin müalicəsi davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayır", - məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti