...

Bakıda mebel sexində partlayış: Baş prokurorun müavini hadisə yerindədir (FOTO/VİDEO) (YENİLƏNİB)

Hadisə Materials 15 Yanvar 2024 13:22 (UTC +04:00)
Bakıda mebel sexində partlayış: Baş prokurorun müavini hadisə yerindədir (FOTO/VİDEO) (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Əbdülsəməd Əzizli məlumat verib

Qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

xxx

13:02

Xəbər verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğın hadisəsi ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Trend bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

xxx

12:33

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.

TƏBİB-dən Trend-ə bildirilib ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.

xxx

12:11

Paytaxtın 7-ci mikrorayon ərazisində güclü partlayış baş verib.

Trend bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın başlayıb.

Məlumata görə, hadisə bir neçə dəqiqə öncə baş verib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti