...

Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı ələ keçib

Cəmiyyət Materials 21 May 2024 15:08 (UTC +04:00)
Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı ələ keçib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı altında dələduzluq edərək aldadan pakistanlı saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhərində polis əməkdaşları Azərbaycan ərazisinə gəlmiş üç Hindistan vətəndaşına qarşı dələduzluq etməkdə şübhəli bilinən Pakistan vətəndaşı 1993-cü il təvəllüdlü Shahid Kamran Ali saxlanılıb.

O, guya zərərçəkənlərə Amerika Birləşmiş Ştatlarına getməkdə köməklik edəcəyi vədini verərək onların maddi vəsaitini ələ keçirib.

Shahid Kamran Alinin törətdiyi qanunazidd əməllər barəsində araşdırmalar davam etdirilir. Onun hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti