...

30 il gözümüz yolda idi - Şəhidin həyat yoldaşı

Gündəm Materials 21 May 2024 12:23 (UTC +04:00)
30 il gözümüz yolda idi - Şəhidin həyat yoldaşı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Elşən 25 yaşında könüllü şəkildə Qarabağ uğrunda döyüşlərə getdi.

Trend xəbər verir ki, bunu Birinci Qarabağ döyüşlərində şəhid olan itkin hərbçi Xasiyev Elşən Nəzərəli oğlunun həyat yoldaşı Təranə Xasiyeva deyib.

O bildirib ki, yoldaşı onlar ailə qurduqdan bir neçə il sonra könüllü müharibəyə gedib.

"Müharibəyə gedəndən sonra Kəlbəcər Murovdağ istiqamətində döyüşüb. Bizə də demişdilər ki orda Murovdağda itkin düşüb. 30 ildən sonra nəşini tapdıq. 30 il gözümüz yolda idi ki, gələcək. Oğlum atasını görmədi. Hər dəfə deyirdi ki, atamın bir məzarı olmadı gedib dərdləşim. Ata həsrəti ilə yaşadı oğlum. İndi atasının sümüklərini gördü. Atası 1994-cü ilin fevralda şəhid olub, oğlum apreldə dünyaya gəlib", - deyə o, əlavə edib.

Qeyd edək ki, Xasıyev Elşən Nəzərəli oğlu 1968-ci ildə Bakının Kürdəxanı qəsəbəsində anadan olub. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

Xəbər lenti

Xəbər lenti