...

Azərbaycan və Özbəkistan birgə kommersiya xarakterli onlayn platforma yaradacaq - Ləziz Qüdrətov

İqtisadiyyat Materials 21 May 2024 14:14 (UTC +04:00)
Azərbaycan və Özbəkistan birgə kommersiya xarakterli onlayn platforma yaradacaq - Ləziz Qüdrətov
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Quba. Trend:

Azərbaycan və Özbəkistan birgə kommersiya xarakterli onlayn platforma yaratmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə bu gün Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Qüdrətov Qubada keçirilən II Özbəkistan-Azərbaycan Regionlararası Forumunda deyib.

"Bu, iş adamlarının həm ticari sövdələşmələr aparmaq, həm də birgə investisiya layihələrini başlatmaq nöqteyi-nəzərindən bir-birini asanlıqla tapa biləcəyi kommersiya platforması olacaq", - o deyib.

Nazirin sözlərinə görə, Azərbaycan və Özbəkistan onlayn platformanı işə salmaqla iki ölkənin sahibkarlarının düzgün tərəfdaşlar tapmasına və yeni ticari-iqtisadi əməkdaşlıq layihələrini başlatmasına imkan verəcək əlavə vasitə yarada biləcəklər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti