...

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə Özbəkistanla tekstil sahəsində əməkdaşlıq etməyi planlaşdırır - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 21 May 2024 14:06 (UTC +04:00)
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə Özbəkistanla tekstil sahəsində əməkdaşlıq etməyi planlaşdırır - Mikayıl Cabbarov
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Quba. Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Özbəkistanla tekstil sahəsində birgə fəaliyyət planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov Qubada keçirilən II Özbəkistan-Azərbaycan Regionlararası Forumunda deyib.

Nazirin sözlərinə görə, başlanğıc mərhələdə 400-dən çox iş yerinin açılması nəzərdə tutulur.

"İqtisadi əlaqələrimizin digər prioritet sahəsi olan investisiya əməkdaşlığına gəlincə, ötən ilin əvvəlində 500 milyon ABŞ dolları dəyərində nizamnamə kapitalı ilə yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətini qeyd etmək istərdim", - o deyib.

İqtisadiyyat naziri qeyd edib ki, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyət istiqamətləri qarşılıqlı investisiyaları, ticarəti və bütünlükdə iqtisadi tərəfdaşlığı stimullaşdırmaqla iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin nəzərdə tutur.

"Özbəkistanla tərəfdaşlığımız çoxtərəfli xarakter daşıyır və iqtisadiyyatın ən müxtəlif sahələrini əhatə edir", - deyə o əlavə edib.

Nazir həmçinin, ölkələr arasında pambıqçılıq və ipəkçilik kimi ənənəvi sahələrdə mühüm irəliləyişlərin müşahidə olunduğunu, Azərbaycanın İmişli rayonunda birgə pambıq klasterinin yaradılması üçün işlərin görüldüyünü bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti