...

İqtisadiyyat naziri özbəkistanlı həmkarlarını COP29-da iştirak üçün Bakıya dəvət edib

Yaşıl iqtisadiyyat Materials 21 May 2024 13:40 (UTC +04:00)
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Quba. Trend:

Noyabr ayında Bakıda COP29 tədbiri - BMT-nin növbəti iqlim konfransı təşkil olunacaq. Ölkəmiz ətraf mühitin mühafizəsinə sadiqdir. Azərbaycanın COP29-un ev sahibi seçilməsi iqlim dəyişmələri və dayanıqlı inkişaf məsələləri üzrə qlobal müzakirələrin inkişafında bizim fəal rolumuzu nümayiş etdirir.

Trend xəbər verir ki, bu sözləri Qubada keçirilən II Azərbaycan-Özbəkistan Regionlararası Forumunda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Biz əhəmiyyətinə və miqyasına görə yeganə olan bu platformada özbəkistanlı həmkarlarımızın iştirakını mühüm hesab edirik və onları bu hadisə ilə əlaqədar bir daha Bakıya dəvət edirik”, - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti