...

Suraxanıda Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub (FOTO/VİDEO) (YENİLƏNİB)

Cəmiyyət Materials 21 May 2024 13:45 (UTC +04:00)
Suraxanıda Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub (FOTO/VİDEO) (YENİLƏNİB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid İmaməliyev Arif Ələkbər oğlu Yeni Suraxanı Şəhidlər Xiyabanında dəfn edilib.

Trend xəbər verir ki, İmaməliyev Arif Gəncə Şəhidlər Xiyabanında naməlum şəhid kimi dəfn edilmişdi.

Dəfn mərasimində şəhidin doğmaları, Suraxanı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, A.İmaməliyev 1960-cı ildə Bakı şəhərində anadan olub. 1994-cü il fevralın 15-də Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşüb.

Xəbər lenti

Xəbər lenti