...

Almaniyanın XİN rəhbəri Kiyevə gözlənilməz səfər edib

Dünya xəbərləri Materials 21 May 2024 12:12 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə gözlənilməz səfər edib.

Trend xəbər verir ki, bu barədə Almaniya KİV məlumat yayıb.

Almaniyanın Ukrayna ilə həmrəy olduğunu bildirən Berbok Kiyevə yardımı davam etdirməyə, xüsusən hava hücumundan müdafiə vasitələrinin tədarükünü gücləndirməyə çağırıb.

Xatırladaq ki, Annalena Berbok bu yaxında britaniyalı həmkarı Devid Kameronun qanadlı raketlərin dairəvi mübadiləsi barədə təklifini nəzərdən keçirməklə bağlı təklifini nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Məlumata görə, Almaniya Böyük Britaniyaya "Taurus" raketlərini tədarük edə, əvəzində isə London Ukraynaya "Storm Shadow" raketləri ötürəcək. Beləliklə, Berlin rəsmi olaraq Kiyevə qanadlı raketlər ötürməyə görə məsuliyyətdən azad olacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti