...

Avstraliya vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edir

Dünya xəbərləri Materials 21 May 2024 12:06 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliya vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edir.

Trend xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq "X" platformasında məlumat paylaşıb.

Məlumata görə, Avstraliyanın Hərbi Hava Qüvvələri ölkə vətəndaşlarını təxliyə etmək üçün iki reys həyata keçirəcək. Avstraliya Xarici İşlər Nazirliyi sərnişinlərin yerləşdirilməsi üçün qeydiyyatdan keçmiş Avstraliya konsulluqları ilə əlaqə saxlayacaq.

Nazir həmçinin Avstraliya hökumətinin zərurət olarsa, əlavə reyslərin təşkili üçün də işlər gördüyünü qeyd edib.

Avstraliya XİN-in məlumatına görə, Yeni Kaledoniyada yüzlərlə Avstraliya vətəndaşı var. Bunlardan 300-ü iğtişaşlar başladıqdan sonra Avstraliyaya qayıtmaq üçün müraciət edib.

Qeyd edək ki, Parisdə Yeni Kaledoniyada 10 il yaşayan Fransa sakinlərinə əyalət seçkilərində səsvermə hüququ verən qanun layihəsinin qəbul edilməsi adada iğtişaşlara səbəb olub. İğtişaşlarda indiyədək 6 nəfər həlak olub.

Fransa hökuməti adaya çox sayda hərbçi, polis, jandarma qüvvələri və xüsusi xidmət orqanlarının əməkdaşları göndərib.

Yüzlərlə etirazçı həbs edilib, bütün nümayiş və aksiyalar, eləcə də, sosial şəbəkələr qadağan edilərək bağlanılıb. Jurnalistlərin adaya girişi məhdudlaşdırılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti