...

Türkiyənin vitse-prezidenti və XİN rəhbəri İrana səfər edəcək

Dünya xəbərləri Materials 21 May 2024 15:15 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və xarici işlər naziri Hakan Fidan mayın 22-də İranın paytaxtı Tehrana səfər edəcək.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, Türkiyə vitse-prezidenti və XİN rəhbəri İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianla vida mərasimində iştirak edəcək.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Təbriz şəhərində İran prezidenti İbrahim Rəisi və onunla birlikdə həlak olan heyətin ilə vida mərasimi başa çatıb.

Təbriz şəhərindən sonra yerli vaxtla saat 16-da İranın şimalında yerləşən Qum vilayətində ziyarətgahda, saat 21-də Tehranın İmam Xomeyni ibadət məkanında vida mərasiminin təşkil olunacağı gözlənilir.

Sabah (22 may) İranın Tehran şəhərində Tehran Universitetində yerli vaxtla 07:30-da namaz qılınacaq və vida mərasimi keçiriləcək.

Yerli vaxtla sabah Tehranda yüksək rütbəli xarici heyətlərin iştirakı ilə İran prezidenti ilə vida mərasimi təşkil olunacaq.

23 mayda İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətində yerli vaxtla saat 8-də İran prezidenti ilə vida mərasimi təşkil olunacaq.

23 mayda günorta vaxtı İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasan vilayətinin Məşhəd şəhərində İmam Rza ziyarətgahında vida və dəfn mərasimi təşkil olunacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti