...

Gürcüstanda narkotiklərlə əlaqədar 77 nəfər tutuldu

Dünya xəbərləri Materials 21 May 2024 13:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi xüsusi əməliyyat çərçivəsində 23-ü narkotik alverçisi olmaqla 77 nəfəri saxlayıb.

Trend xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Bildirilib ki, saxlanılanların arasında İran, Türkiyə, Rusiya, Hindistan və Nigeriya vətəndaşları da var. Qeyd edilib ki, polis hər şeyi audio və videolentə qeydə alıb.

Saxlanılan şəxsləri 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti