...

İranda Ekspertlər Məclisinə sədr seçilib

Dünya xəbərləri Materials 21 May 2024 16:30 (UTC +04:00)
İranda Ekspertlər Məclisinə sədr seçilib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Ayətulla Məhəmməd Əli Movəhhedi Kermani İranın Ali Liderinin təyin olunması, kənarlaşdırlması və fəaliyyətinə nəzarət edən Ekspertlər Məclisinə sədr seçilib.

Trend-in məlumatına görə, bu gün 6-cı çağırış Ekspertlər Məclisinin ilk iclası keçirilib. İclasda 83 nəfərin səsverməsi nəticəsində 55 səslə 93 yaşlı Movəhhedi Kermani iki il müddətinə Ekspertlər Məclisinə rəhbərlik edəcək. Onun müavinləri olaraq Ayətulla Seyid Haşim Hüseyni Buşehri və Ayətulla Əlirza Ərafi seçilib.

Ekspertlər Məclisinin iki üzvü İran prezidenti İbrahim Rəisi və İran Ali Liderinin Təbriz üzrə nümayəndəsi və Təbrizin cümə imamı Məhəmməd Əli Ali Haşim də 28 fevralda keçirilən parlament və Ekspertlər Məclisinə seçilmişdi. Lakin onlar 19 mayda helikopter qəzasında həlak olublar.

Ekspertlər Məclisinin sədri Ayətulla Əhməd Cənnətinin fəaliyyət dövrü başa çatıb.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti