...

Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib

İqtisadiyyat Materials 21 May 2024 15:14 (UTC +04:00)
Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Londonun ən böyük beynəlxalq aeroportu olan Hitrou hava limanı özünün "Facebook" səhifəsində "Azərbaycan Hava Yolları" aviaşirkətinə (AZAL) həsr olunmuş paylaşım edib.

Trend bu barədə Hitrou-nun "Facebook" səhifəsinə istinadən xəbər verir.

"Azərbaycan Qərb və Şərq koloritlərinin ahəngi sayəsində unikal və füsunkar ölkədir, burada öyrəniləsi çox şey var və AZAL sizin bələdçiniz olmağa hazırdır", - paylaşımda deyilir.

Qeyd olunub ki, Hitroudan qalxan üç birbaşa reys sayəsində AZAL-ın səmərəlilik, rahatlıq və komfortun ideal vəhdətini əks etdirən biznes klas uçuşları ilə "787-8" təyyarəsində rahat səyahət edə bilərsiniz.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti