...

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti bir sıra layihələrin icrasını planlaşdırır - Baş direktor

İqtisadiyyat Materials 21 May 2024 16:08 (UTC +04:00)
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti bir sıra layihələrin icrasını planlaşdırır - Baş direktor
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Quba. Trend:

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 10-dan çox layihənin icrasını planlaşdırır.

Bu barədə Trend-ə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin baş direktoru Nazim Hacıyev bu gün Qubada keçirilən II Özbəkistan-Azərbaycan Regionlararası Forumun kuluarlarında deyib.

"Həm Özbəkistanda Azərbaycanda, həm də Özbəkistan şirkətlərinin Azərbaycanda layihələri var və biz onların bəzilərini bu il həyata keçirməyə başlayacağıq", - deyə N.Hacıyev bildirib.

Onun sözlərinə görə, bu layihələr idxalın əvəzlənməsi nöqteyi-nəzərindən, strateji sahələrdə vacibdir və sosial əhəmiyyət kəsb edir.

"Biz qida məhsulları istehsalı, tekstil, maliyyə lizinqi sahəsində layihələr üzərində çalışırıq, həmçinin özəl məktəb layihəsi də var", - deyə baş direktor əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti