Quba. Trend:
Azərbaycan və Özbəkistan əməkdaşlığa dair bir sıra sənədlər imzalayıb.
Trend xəbər verir ki, sənədlər bu gün Qubada keçirilən II Özbəkistan-Azərbaycan Regionlararası Forumunda imzalanıb.
İmzalanan sənədlər aşağıdakılardır:
1 . Termez (Özbəkistan) və Biləsuvar (Azərbaycan) şəhərləri arasında ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
2. Namanqan (Özbəkistan) və Mingəçevir (Azərbaycan) şəhərləri arasında ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
3.Gülüstan (Özbəkistan) və Füzuli (Azərbaycan) şəhərləri arasında ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
(Tərcümə: Rəna Əbdürəhmanova)