...

Gəncədə şagirdi bıçaqlayan yeniyetmə ilə bağlı YENİ DETALLAR

Cəmiyyət Materials 23 Yanvar 2024 12:42 (UTC +04:00)
Gəncədə şagirdi bıçaqlayan yeniyetmə ilə bağlı YENİ DETALLAR
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Gəncədə şagirdi bıçaqlayıb öldürməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov 10-cu sinifdə təhsilini dayandırıb.

Bu barədə Trend-ə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, F.Şabanov 10-cu sinifdə valideynin ərizəsinə əsasən təhsilini dayandırıb və şagird kontingentindən çıxarılıb.

İdarədən vurğulanıb ki, F.Şabanov hadisədən öncə məktəbə daxil olmağa çalışıb, ancaq icazə verilməyib.

Xatırladaq ki, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb. Şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti