...

Bakıda daha bir yolayrıcında avtomobil sıxlığının qarşısı alındı

Cəmiyyət Materials 30 Yanvar 2024 10:55 (UTC +04:00)
Bakıda daha bir yolayrıcında avtomobil sıxlığının qarşısı alındı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda daha bir yolayrıcında yaranan avtomobil sıxlığının qarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə mərkəzinin əməkdaşları Sabunçu rayonu, Şəhər şosesi ilə Mübariz İbrahimov küçəsinin kəsişməsindəki yolda müşahidə kameralarının imkanlarından istifadə etməklə təhlillər aparıblar.

Məlum olub ki, bu yolda daha çox axşam saatlarında sıxlıq yaranır. Sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə qeyd olunan kəsişmədə Zabrat qəsəbəsi istiqamətində svetoforun vaxt planı 10 saniyə artırılıb. Bununla da yolda yaranan sıxlıq aradan qalxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti