...

Azad edilmiş ərazilərdə indiyədək minalardan təmizlənən sahə açıqlandı

Cəmiyyət Materials 15 Fevral 2024 11:38 (UTC +04:00)
Azad edilmiş ərazilərdə indiyədək minalardan təmizlənən sahə açıqlandı
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Tərtər. Trend:

İşğaldan azad edilmiş ərazilərdə bugünə qədər 118502.6 ha ərazi təmizlənib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatında bildirilib.

Məlumata görə, 10.11.2020-ci il tarixindən 14.02.2024-cü il tarixinədək işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən aparılan minatəmizləmə fəaliyyəti zamanı 118 502.6 ha ərazi təmizlənib.

62228 ədəd partlamamış hərbi sursat, 31175 ədəd piyada əleyhinə mina və 18790 ədəd tank əleyhinə mina (cəmi: 112,193 ədəd) mina aşkar edilərək zərərsizləşdirilib.

Qeyd olunub ki, bu tarix ərzində 345 nəfər mina qurbanı vardır, onlardan 280 nəfər xəsarət almış, 65 nəfər həlak olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti