...

Laçında 32 ildən sonra Torpaq çərşənbəsinin tonqalı qalanıb (FOTO/VİDEO) (YENİLƏNİB)

Cəmiyyət Materials 19 Mart 2024 18:38 (UTC +04:00)
Laçında 32 ildən sonra Torpaq çərşənbəsinin tonqalı qalanıb (FOTO/VİDEO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

Laçında 32 ildən sonra ilk dəfə olaraq Torpaq çərşənbəsinin tonqalı qalanıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bayram tədbirində Novruz tonqalı qalanıb.

Tonqalın ətrafına yığışan Laçın sakinləri yallı rəqsi oynayıblar.

Bununlada bayram tədbiri başa çatıb.

xxx

16:28

Laçında təşkil edilən "Can Laçın" Novruz yarmarkası bayram tədbiri ilə davam edir.

Trend-in Qarabağ bürosu xəbər verir ki, tədbirdə milli adətlərimizə uyğun müxtəlif əyləncəli proqramlar nümayiş olunur.

Həmçinin uşaqların əyləncəsi üçün keçəl və kosanın çıxışları və bir çox əyləncəli proqramlar, hədiyyəli müsabiqələr və yarışmalar keçrilir. Kosa öz xurcununa bayram iştirakçılarının adları yazılan kağız parçalarını yığaraq müsabiqədə adları çıxan bir neçə nəfərə İsmabikes-in velosipedləri hədiyyə olunub.

“Can Laçın” Yarmarkası tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı ilə davam edir.

Qeyd edək ki, ilk dəfə “Can Laçın” Yarmarkası Dünya Azərbaycanlılarının Həmrəyliyi Günün və Yeni il münasibəti ilə təşkil olunub və həmin vaxt belə yarmarkaların davamlı olacağı bildirilib. Bu məqsədlə ikinci böyük yarmarka məhz Novruz bayramı ərəfəsində təşkil olunub. Qeyd edəki, Novruzun gəlişini bildirən Su, Od və Yel çərşənbələri də bu il Laçında adət-ənənələrə uyğun olaraq yadda qalan anlarla qeyd edilib.

xxx

15:00

Laçında "Can Laçın" Novruz Yarmarkası keçirilir.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Laçın sakinləri illər sonra Baharı öz doğma vətənində qarşılayır.

“Can Laçın” Novruz Yarmarkasında həm Laçında ərsəyə gələn məhsullar və tanınmış sənətkarların əl işləri sərgilənir, həm də bayram şənliyində milli adətlərimizə uyğun müxtəlif əyləncəli proqramlar nümayiş olunur.

“Can Laçın” Novruz Yarmarkası Novruzun son çərşənbəsi olan Torpaq çərşənbəsi günündə Azərbaycan Respublikası Prezidentinin Laçın üzrə Xüsusi Nümayəndəliyi, Bakı Abadlıq Xidməti MMC və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə Həkəri çayı kənarında keçirilir.

Bayram günündə rəsmi şəxslər, Laçın sakinləri, Laçının tikinti və abadlıq işlərində çalışanlarla bərabər tanınmış qonaqlar da iştirak edir. "Can Laçın" yarmarkasına usta Hüseyn Hacı Mustafazadə dünyada məşhur şəbəkələri, Aqil Kərimov milli üslubda hazırladığı papaqlarla, usta Zahid Vələdov milli musiqi alətləri ilə, Xalq Yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulova şəxsi kolleksiyası ilə qoşulublar.

Bundan başqa, yarmarkada “Gilabi Ceramics”, “İslimi”, “Zili”, “Darayı” milli brendlərinin məhsulları sərgilənir. Laçın torpağında becərilən kənd təsərrüfatı məhsulları, Laçın xanımlarının əl işləri və şirniyyatlar, Zerti Aqrosənaye kompleksinin məhsulları da yarmarkada yer alır.

Xəbər lenti

Xəbər lenti