...

Bakıda hoteldə yanğın - 25 nəfər təxliyə edildi (YENİLƏNİB)

Cəmiyyət Materials 25 Mart 2024 16:20 (UTC +04:00)
Bakıda hoteldə yanğın - 25 nəfər təxliyə edildi (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində hər mərtəbəsi 750 m² olan dördmərtəbəli hotel binasının ikinci mərtəbəsində sahəsi 9 m² olan saunanın yanar konstruksiyaları yanıb.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı nazirliyin müvafiq qüvvələri tərəfindən 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından muhafizə olunub. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

xxx

14:46

Bakı şəhərinin Səbail rayonu, Qəsr küçəsində oteldə yanğın olub və FHN-nin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

xxx

14:31

Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində hoteldə yanğın başlayıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti