...

Cəlilabadda itkin düşmüş qadın tapıldı (YENİLƏNİB)

Cəmiyyət Materials 26 Mart 2024 11:44 (UTC +04:00)
Cəlilabadda itkin düşmüş qadın tapıldı (YENİLƏNİB)

Bakı. Trend:

Üç gün əvvəl itkin düşmüş Cəlilabad rayon Ləzran kənd sakini 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızı tapılıb.

Trend xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin qadın üç övladı ilə birlikdə Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Ş.Kərimova martın 23-ü axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı.

xxx

25.03.2024

18:38

Cəlilabad rayon Ləzran kənd sakini itkin düşüb.

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızı mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Ş.Kərimovanın əlamətləri: boyu 152 santimetr, arıq bədən quruluşlu, saçlarının rəngi şabalıdı, gözlərinin rəngi qaradır.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə (055-248-17-33) məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti