...

Salyanda 67 yaşlı kişi itkin düşdü

Cəmiyyət Materials 26 Mart 2024 17:11 (UTC +04:00)
Salyanda 67 yaşlı kişi itkin düşdü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Salyan rayon sakini itkin düşüb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Salyan rayon sakini, 1957-ci il təvəllüdlü Süleymanov Hüseyn İsrafil oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. H.Süleymanovun əlamətləri: boyu 170 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir.

Evdən çıxan zaman üzərində qara rəngli gödəkcə, boz rəngli köynək, göy rəngli şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (055-323-98-24) nömrəsinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti