...

Tibbi tullantılarla təhlükəsiz davranış – sağlam gələcəyin zəmanətidir

Cəmiyyət Materials 27 Mart 2024 11:39 (UTC +04:00)
Tibbi tullantılarla təhlükəsiz davranış – sağlam gələcəyin zəmanətidir

Bakı. Trend:

Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə və ekologiyanın mühafizəsi üzrə qlobal səylərdə həmişə ön sıralarda yer alıb. Məhz bizim ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) ev sahibi kimi seçilməsi faktı bunu aydın şəkildə təsdiq edir.

Respublikamızda sahilyanı ərazilərin təmizlənməsi, ağac əkilməsi aksiyaları kimi biomüxtəlifliyin qorunmasına yönəlik müxtəlif tədbirlər keçirilir. Əlbəttə ki, tibbi tullantıların utilizasiyası məsələsi də diqqətdən kənar qalmayıb. Belə ki, ötən il Milli Məclisdə “Tibbi tullantıların idarə olunması” mövzusu üzrə ictimai dinləmələrdə səhiyyə nazirinin müavini Nadir Zeynalov bəyan etdi ki, hazırda ölkədə tibbi tullantıların idarə olunması üzrə fəaliyyət planı hazırlanır.

Səhiyyə Nazirliyinin özəl tibb müəssisələri də daxil olmaqla 37 tibb müəssisəsində keçirdiyi monitorinqin nəticələrinə və tibbi tullantılar İdarəsinin məlumatlarına əsasən bu sahədə normativ hüquqi bazanın mükəmməlləşdirilməsinə və bir sıra dəyişikliklərin əlavə edilməsinə böyük ehtiyac yaranıb. Bununla əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycandan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın zamanlarda təqdim edəcəkləri təkliflər hazırlayıblar.

Bundan əlavə, tibbi tullantıların idarə olunmasının mükəmməlləşdirilməsi Milli Məclisin Səhiyyə Komitəsinin 2024-cü ilə olan iş planında da öz əksini tapıb. Bu isə haqqında danışılan mövzunun yüksək prioritetdə olduğunu təsdiq edir.

Vurğulamaq vacibdir ki, tibbi tullantılarla doğru davranış – tibb müəssisələri, eləcə də daşınma, zərərsizləşdirmə və utilizasiya üzrə xidmətlər göstərən şirkətlərin daşıdığı böyük məsuliyyətdir. Məsuliyyətsizlik və qeyri-peşəkar yanaşma əhalinin sağlamlığı və həyatına təhlükə yaradan ciddi nəticələrə gətirib çıxara bilər. Çox vacibdir ki, biri sağalarkən, başqası xəstələnməsin.

Yuxarıda qeyd edilənlər əminliklə deməyə imkan verir ki, ölkəmizdə tibbi tullantıların təhlükəsiz utilizasiyası kimi vacib məsələdə doğru yol seçiləcək. Bu isə təhlükəsiz ekoloji mühit və xalqımızın sağlam gələcəyini yaratmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti