...

Bu il 20 min uşağın icma əsaslı qruplara cəlb edilməsi gözlənilir

Cəmiyyət Materials 9 İyul 2024 12:10 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Erkən yaş dövründə səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması əsas hədəfimizdir. Bu il 20 min uşağın icma əsaslı qruplara cəlb edilməsi gözlənilir

Trend xəbər verir ki, bunu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu”, “Məktəbəhazırlıq qruplarına və I sinfə qəbul” ilə bağlı jurnalistlər üçün keçirilən brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov deyib.

“Məktəbəqər təhsil sahəsində dövlət-özəl əməkdaşlığının 1500 uşağı əhatə etməsi proqnozlaşdırılır. Cəmiyyət üçün keyfiyyətli, faydalı şəxsiyyətin formalaşmasının təməli məhz məktəbəqədər təhsil müəssisəsindən başlayır.

Elə bu məqsədlə də erkən yaş dövründə səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması əsas hədəfimizdir. Məktəbəqədər Təhsil Müəssisələrinin olmadığı ərazilərdə bağça yaşlı uşaqlar üçün icma əsaslı qruplar yaradılır.

Bu il 20 min uşağın icma əsaslı qruplara cəlb edilməsi gözlənilir. Müvafiq qrant proqramına əsasən, dövlət-özəl əməkdaşlığının 1500 uşağı əhatə etməsi gözlənilir. Ümumilikdə, 16 alternativ layihə bu il 500-dən çox uşağı əhatə edib”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti