Bakı. Trend:
Dövlət büdcəsində gələn il sosial xərclərə 16,9 milyard manat vəsait ayrılıb.
Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, sosial müdafiə və sosial təminat xərcləri cari illə müqayisədə 10 % artıq olacaq. Xərclərin 96%-i əhaliyə ödənişlərin payına düşür.
“7,2 milyard manat əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldiləcək. Əmək pensiyalarının orta məbləği 531 manat çatması proqnozlaşdırılır. 2019-cu ildə əmək pensiyalarının orta məbləği cəmi 264 manat idi. Yaşa görə əmək pensiyalarında rəqəm daha yüksəkdir, burada rəqəm 569 manat olacaq. 2019-cu ildə bu 292 manat idi. Bütün artımlar əhəmiyyətli artımlardır”, - deyə nazir bildirib.