Bakı. Trend:
Noyabrın 20-də Kür Olimpiya Tədris İdman Mərkəzində Azərbaycan Üzgüçülük Federasiyası, Gənclər və İdman Nazirliyinın birgə təşkilatçılığı ilə üzgüçülük üzrə məşqçilər üçün növbəti seminar keçirilib.
Federasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Üzgüçülük üzrə Azərbaycan milli yığma komandasının baş məşqçisi, Əməkdar məşqçi, preofessor Rəşad Əbdürrəhmanovun təlimçisi olduğu seminarda Mərkəzu Aran, Şəki, Zakatala, Qarabağ, Gəncə, Daşkəsən, Qazax və Tovuzda 20-yə yaxın məşqçi iştirak edirdi.
Bildirilib ki, seminarda 6-8 yaşlı uşaqlarda ilkin öyrədilmə məşqlərinin planlaşdırılması və bioloji xüsusiyyətlərin məşq planına uyğunlaşdırılması, valideynlərlə işin təşkili və ünsiyyət, o cümlədən sərbəst və arxası üstə üzmə üsulunun öyrədilmə metodikası, texnikaların inkişafına yönələn tapşırıqlar tədris olundu.
Seminarda məşqçilərə tədris olunan mövzular əyani vasitələr və xüsusi texnologiya vasitələri ilə göstərildi, sonda mövzularla bağlı müzakirələr aparıldı.
Seminarda iştirak edən təlimçilərə Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən sertifikat təqdim olunacaq.