...

İlk bərpa olunan enerji hərracı ilə bağlı bütün sənədləşmə işləri 20 gün ərzində yekunlaşacaq - Cavid Abdullayev

İqtisadiyyat Materials 21 Noyabr 2024 11:15 (UTC +04:00)
İlk bərpa olunan enerji hərracı ilə bağlı bütün sənədləşmə işləri 20 gün ərzində yekunlaşacaq - Cavid Abdullayev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda bərpaolunan enerji mənbələri sahəsində həyata keçirilmiş ilk hərracın qalibi seçildi. Bu proses çox uzun zaman tələb edib.

Trend xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən tədbirdə jurnalistlərə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi sədri Cavid Abdullayev deyib.

O bildirib ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi bu hərracın keçirilməsi üçün formalaşdırılıb.

“Bərpaolunan enerji mənbələri ərazilərində istehsalçının seçim qaydası Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənib və həmin qaydalar əsasında hərrac baş tutub. 130-dan artıq şirkətə tədbirdə iştirak etməkləri üçün dəvət göndərilib və proses iki mərhələdən ibarət idi. Hərrac ümumilikdə 6 saat davam etdi və nəticədə “Universal International Holdings Limited” qalib gələrək, Qobustan Günəş Elektrik Stansiyasını tikmək hüququ qazandı. Bu stansiya 100 MVtgücündə olacaq və qanunvericiliyə uyğun olaraq 20 gün ərzində bütün sənədləşmə işlərini yekunlaşdıracağıq”,-deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti