...

ACI Heydər Əliyev Beynəlxalq Hava Limanına dayanıqlı inkişafa sadiqliyinə görə minnətdarlığını bildirib

Yaşıl iqtisadiyyat Materials 20 Noyabr 2024 17:08 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

ACI Heydər Əliyev Beynəlxalq Hava Limanına dayanıqlı inkişafa sadiqliyinə görə minnətdarlığını ifadə edib.

Trend xəbər verir ki, bu barədə “ACI World”un baş direktoru Castin Erbaççi COP29 çərçivəsində jurnalistlərə bildirib.

"Biz COP29-da iştirak etmək üçün Bakıda olmağımıza çox şadıq və Azərbaycana, həmçinin, hava limanı komandasına göstərdikləri qonaqpərvərlik və dəstəyə görə dərin təşəkkürümüzü bildiririk. Xüsusilə vurğulamaq istərdim ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı karbon neytrallığı və ümumilikdə dayanıqlılıq üzrə öhdəliklər götürüb.

Bu gün hava limanı Karbon Akkreditasiyası Sertifikatı aldı ki, bu da onların ekoloji dayanıqlı hava limanı olmaq istiqamətində mühüm addımlar atdıqlarını göstərir. Bu, hava limanlarının 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq üzrə ümumi məqsədimizə çatmaq üçün kritik əhəmiyyət kəsb edir.

Biz Heydər Əliyev Beynəlxalq Hava Limanına göstərdikləri səylərə və dayanıqlı inkişafa olan sadiqliyinə görə çox minnətdarıq və növbəti akkreditasiya səviyyəsinə nail olmaq üçün birlikdə çalışacağıq", — deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti