...

COP for Hope: COP29-dakı danışıqlarla bağlı çox ümidliyəm - Tuvalulu siyasətçi

Yaşıl iqtisadiyyat Materials 20 Noyabr 2024 15:40 (UTC +04:00)
COP for Hope: COP29-dakı danışıqlarla bağlı çox ümidliyəm - Tuvalulu siyasətçi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Tuvalulu siyasətçi və iqlim dəyişikliyi aktivisti Maina Vakafua Taliadır.

O, Trend-ə açıqlamasında bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə yeni texnologiyaların tətbiqi işlərimizi daha da asanlaşdıra bilər.

Siyasətçi,Tuvaluda insanların iqlim dəyişikliyindən ciddi təsirləndiyini və COP29-un bu problemlərin geniş ictimaiyyətə çatdırılması imkanı yaratdığını bildirib:

"Azərbaycana belə bir fürsət yaratdığı üçün minnətdarıq. Mən son bir neçə gündə danışıqlarla bağlı çox ümidliyəm. Sakit Okeanda bizim üçün iqlimlə bağlı ciddi narahatlıqlar var. COP29-da bu məsələlərin müzakirəsi və geniş ictimaiyyətə çatdırılması imkanı yaranıb. Xalqımızın sağ qalması ilə bağlı məsələlərdə mövqeyimiz qətidir. Əlbəttə ki, Paris Sazişinə uyğun olaraq 1,5°C öhdəliyinə sadiqliyimizi nümayiş etdiririk və etdirməkdə davam edəcəyik. İqlim dəyişikliyi ilə mübarizədə yeni texnologiyaların tətbiqi isə işlərimizi daha da asanlaşdıra bilər. Yeni texnoloji alətlərdən istifadə məsələlərinə bu axşam baxılacaq".

"Bu COP həmçinin maliyyə COP-u da adlandırılır. Burada maliyyə ilə bağlı ciddi müzakirələr aparılır. Lakin yekunda hansı nəticələrin əldə olunacağını demək bir az çətindir", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti