...

"Azərpoçt”la “Naxçıvanpoçt” yeni əməkdaşlığa başlayır

Cəmiyyət Materials 20 Noyabr 2024 13:34 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

"Azərpoçt” MMC-nin dəstəyi ilə “Naxçıvanpoçt” publik hüquqi şəxsi beynəlxalq pulköçürmələri sistemi ilə əməkdaşlığı genişləndirir.

Bu barədə Trend Azərpoçt-a istinadən xəbər verir.

Həyata keçirilən tədbirlər nəticəsində artıq vətəndaşlar “Zolotaya Korona” beynəlxalq pulköçürmələri sistemi üzərindən daxil olan vəsaitləri “Naxçıvanpoçt” vasitəsilə ədə edə bilərlər.

“Zolotaya Korona” əsasən Rusiyada məşhur pulköçürmə sistemi olub hesab açmadan dərhal pulköçürmələri həyata keçirməyə imkan verir. “Zolotaya Korona” xüsusilə MDB ölkələrinə rahat və səmərəli transfer xidmətləri təklif etməsi ilə tanınır.

Pulköçürmələrinin sürətli şəkildə həyata keçirilməsi, əsasən gün ərzində təmin edilir. Bundan əlavə, istifadəçilər pulköçürmələrini yaxından idarə etmək istədikləri zaman alanın məlumatlarını dəyişdirmək və ya transferi ləğv etmək kimi tənzimləmələri asanlıqla edə bilərlər.

Ucqar kənd yerlərində bank və maliyyə xidmətlərinin məhdud olması poçt xidmətlərinin əhəmiyyətini artırır. Belə ərazilərdə insanların maliyyə xidmətlərinə, ödənişlərə və əsas kommunikasiya vasitələrinə çıxışını təmin etmək üçün poçt şöbələri vacib rol oynayır. Poçt şöbələri, adətən, pulköçürmələri, kommunal xidmətlərin ödənilməsi və sosial ödənişlərin alınması kimi əhaliyə poçt - maliyyə xidmətlərini bir yerdə təqdim edir.

Azərbaycan Respublikasının yeganə milli poçt operatoru “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda respublika ərazisində geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə, eləcə də hüquqi şəxslərə ənənəvi və qeyri-ənənəvi poçt xidmətləri və poçt-maliyyə xidmətləri təqdim edir.

Hazırda "Azərpoçt"un 35 Regional Poçt Filialı və 1100-dən artıq Poçt şöbəsi ilə xidmət həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti