...

Məqsəd COP30-a qədər bütün ölkələrin NDC-lərinə ictimai nəqliyyatı daxil etməkdir - UITP

Yaşıl iqtisadiyyat Materials 20 Noyabr 2024 16:02 (UTC +04:00)
Məqsəd COP30-a qədər bütün ölkələrin NDC-lərinə ictimai nəqliyyatı daxil etməkdir - UITP
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq İctimai Nəqliyyat İttifaqının (UITP) məqsədi növbəti COP konfransına qədər bütün ölkələrin ictimai nəqliyyatı öz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrinə (NDC) daxil etməsidir.

Trend xəbər verir ki, bu barədə UITP-nin baş katibi Mohammed Mezqani Umberto de Pretto "Şəhər nəqliyyatının yaşıllaşdırılması" mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masa zamanı bildirib.

"Nəqliyyat sektorundakı karbon emissiyalarının 70 faizi şəhərlərin payına düşür. Lakin bu günə qədər ölkələrin üçdə biri ictimai nəqliyyatı NDC-lərinə daxil etməyib.

Bizim məqsədimiz növbəti COP konfransına qədər bütün ölkələrin ictimai nəqliyyatı öz planlarına inteqrasiya etməsidir. Bunun üçün başa düşmək vacibdir ki, nəqliyyatın dekarbonizasiyası yalnız texnoloji məsələ deyil. Əsas amil hərəkət modeli dəyişikliyidir.

Elektrik avtobusu tıxacda ilişib qalsa, bu, ictimai nəqliyyatı daha cəlbedici etməyəcək. Buna görə də ictimai nəqliyyata, piyada yollarına və velosiped hərəkətinə üstünlük vermək vacibdir ki, bu da dayanıqlı hərəkət üsullarına keçidi təşviq edəcək.

Həmçinin, nəqliyyat sektorunda emissiyaların azaldılması ilə bağlı konkret hədəflər müəyyən etmək lazımdır. Məsələn, 2030-cu ilə qədər karbon emissiyalarını qlobal olaraq 41 faiz azaltmaq məqsədinə çatmaq üçün hər bir sektorun töhfəsini nəzərə almaq vacibdir", — deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti