...

Qərb ermənilərə onların müstəsnalığı barədə mifləri təlqin etməyə davam edir – erməni professor Qaqik Oqancanyan Baku Network platformasında (FOTO/VİDEO)

Siyasət Materials 20 Noyabr 2024 11:06 (UTC +04:00)
Qərb ermənilərə onların müstəsnalığı barədə mifləri təlqin etməyə davam edir – erməni professor Qaqik Oqancanyan Baku Network platformasında (FOTO/VİDEO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

"Baku Network" analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.

Trend xəbər verir ki, verilişin qonağı erməni professor Qaqik Oqancanyan olub. O, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, Ermənistanda hələ də inanılan miflər və Qərbin sülh prosesinə mane olan destruktiv hərəkətləri barədə fikirlərini bölüşüb.

Professor vurğulayıb ki, Qərbin Ermənistana informasiya təsiri hələ də davam edir.

"Ermənistan-Azərbaycan sərhədində fransızların niyə göründüyünü və onların Ermənistana hansısa "möcüzəvi silah" satdıqlarını ucadan bəyan etmələrinin səbəblərini başa düşmək lazımdır. Bu informasiya təsiri davam edir və buna inanan çox sayda insan var, çünki ermənilərə özlərinin xüsusi və ağıllı olduqları təlqin edilib. Əslində isə ermənilərin heç bir xüsusi xarakteristikası yoxdur. Ermənilər də qonşuları kimi adi insanlardır.

Və bu stereotiplər, uşaqların bağçalarda öyrədilməsi, valideynlərin isə reallıqla heç bir əlaqəsi olmayan obrazlarla fəxr etməsi — məhz aradan qaldırılmalı olan şeylərdir. Vəziyyətin dəyişməsinə töhfə vermək və insanları normal vəziyyətə qaytarmaq vacibdir", - deyə professor bildirib.

Verilişin tam buraxılışını izləyicilərin diqqətinə təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti