...

Azərbaycan AQEM-in prioritet sahəsində koordinasiya edən əsas ölkə rolunu oynayır

Yaşıl iqtisadiyyat Materials 20 Noyabr 2024 10:22 (UTC +04:00)
Azərbaycan AQEM-in prioritet sahəsində koordinasiya edən əsas ölkə rolunu oynayır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) prioritet sahələrindən biri olan təhlükəsiz və səmərəli nəqliyyat dəhlizləri sistemlərinin inkişafında koordinasiya edən əsas ölkə rolunu oynayır.

Trend xəbər verir ki, bu barədə AQEM-in baş katibinin müavini Çjan Lin COP29 çərçivəsində keçirilən "Dayanıqlı əlaqəlilik yolları: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), onun üzv dövlətləri və Asiyanın regional təşkilatlarının təhlükəsiz, səmərəli və iqlim dəyişikliyinə davamlı nəqliyyat dəhlizlərinin təmin edilməsi istiqamətində səyləri" mövzusunda panel müzakirədə bildirib.

"Azərbaycan AQEM-in prioritet sahələrindən biri olan təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişafında koordinasiya edən əsas ölkə rolunu oynayır. Avropa ilə Asiyanı birləşdirən vacib tranzit mərkəzi kimi Azərbaycan dayanıqlı qarşılıqlı əlaqənin transformasiya potensialını nümayiş etdirir", - deyə Çjan Lin bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti